Türkiyə Fətullah Gülənin ekstradisiya edilməsi barədə ABŞ-a ikinci dəfə müraciət göndərib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ədliyyə naziri Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, Fətullah Gülənin başqa bir ölkəyə qaçması yalnız ABŞ-ın icazəsi ilə mümkündür. Bozdağ “F.Gülən qaçarsa, buna ABŞ ya göz yumar, ya da razılıq verər. Çünki, hazırda Pensilvaniyada yaşadığı mülk ABŞ-ın təhlükəsizlik orqanları, kəşfiyyat təşkilatları tərəfindən təqib edilir və nəzarət altındadır. O cür nəzarətdən ABŞ-ın icazəsi və razılığı olmadan çıxmaq ehtimalı yoxdur. Gülənin Türkiyədən başqa bir ölkəyə getməsi qaçması demək deyil. Bu ABŞ-ın ona ölkədən ayrılmasına icazə və razılıq verməsi mənasına gəlir”,- deyə açıqlama verib.
Nazir onu da əlavə edib ki, ABŞ-a göndərilən ikinci yazıda F.Gülənin hansı səbəbdən həbs olunması barədə qeyd edilib. O,” Çevriliş cəhdində Fetullah Gülənin əlinin olduğuna dair ciddi iddialar, ifadələr var. Bu səbəbdən də onun təcili həbs edilməsi lazımdır. Gülənin üçüncü ölkəyə qaçmaq istəməsi barədə kəşfiyyat xarakterli məlumatımız var”- deyib.
Son xəbərlər
Son Xəbərlər