Gülər Əhmədova bayramı tək keçirib

guler-ehmedova-bayrami-tek-kecirib
Oxunma sayı: 1973




Barəsində 3 il azadlıqdan məhrum etmə hökmü verilən, hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat Gülər Əhmədova bayramı tək keçirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə musavat.com-a açıqlamasında sabiq deputatın vəkili Əfsər Talıbov məlumat verib. Onun sözlərinə görə, bayram günü ailəsi ona yalnız bayram sovqatı apara bilib, görüşə icazə verilməyib. Xatırladaq ki, bu, G. Əhmədovanın türmədə keçirdiyi ilk yeni il bayramıdır. Ailəsi və yaxınları ümid edir ki, bu, son olacaq və sabiq deputat tezliklə azadlığa buraxılacaq. 

Vəkil özü də yanvarın 1-də və 2-də G.Əhmədova ilə görüşmək istəsə də, ona imkan verilməyib. Buna əsas kimi bayram günləri təcridxanadakı xüsusi hissənin işləməməsi göstərilib. Bu arada Ə.Talıbov E.Abdullayevin “Yeni Müsavat”a yolladığı son müraciətlə də tanış olduğunu, tezliklə ona qəzetimiz (saytımız) vasitəsilə cavab verəcəyini dedi.