Gülər Əhmədova da media-holdinq yaradır?

guler-ehmedova-da-media-holdinq-yaradir
Oxunma sayı: 1665


“Yeni Müsavat”ın yazdığına görə, Gülər Əhmədova “Mərkəz” üçün heyət yığmağa başlayıb. Bu məqsədlə media sektorunun tanınmış şəxsləri ilə əlaqə yaradan keçmiş deputata böyük media holdinq yaratmaq barədə tapşırıq verilib. Qəzet yazır ki, bu, Gülər Əhmədova üçün hakimiyyətin böyük jesti sayılır. Hakimiyyətin reputasiyasına ziyan vurduğu üçün həbs edilən keçmiş deputat türmədə və məhkəmədə olduğu müddətdə “nümunəvi” davrandığı üçün öncə şərti azadlıq, sonra isə media holdinqə icazə ilə ödülləndirilir. Bundan sonra Gülər Əhmədovanın siyasətə yolları da açılacaq.

Amma Gülər Əhmədova barəsində yayılan məlumatı təkzib edib. Media-holdinq yaratması barədə xəbərin yalan olduğunu deyən keçmiş deputat “movqe.az”a açıqlamasında bildirib ki, “Mərkəz” qəzetinin fəaliyyətinin bərpası üçün jurnalistlərdən heç kəslə danışıqlar aparmayıb: “Vallah bilmirəm bu xəbərləri kim özündən düzüb-qoşub yazır? Bu xəbərləri kim yayır? Mən heç bununla bağlı danışmaq da istəmirəm. Axı olmayan bir şeydən nə danışım?!”