Gülər Əhmədova ilə Əvəz Zeynallının SMS yazışması oxundu

guler-ehmedova-ile-evez-zeynallinin-sms-yazismasi-oxundu
Oxunma sayı: 644

Prokuror ondan Gülər Əhmədovanın nəyi xahiş etdiyini soruşub. Jurnalist bu xahişin «Mərkəz» qəzetindən işdən çıxan jurnalist Nigar Almanqızıdan götürdükləri müsahibə ilə bağlı olduğunu deyib. Deyib ki, Gülər Əhmədova təsisçisi olduğu «Mərkəz» qəzeti haqqında «Xural» qəzetində mənfi fikirlərin getməsini istəməyib.

Əvəz Zeynallı sabiq deputatın ona yazdığı SMS-lərdə və telefon danışıqlarında bu məsələdən söhbət açıldığını deyib:

«Mənə xeyli SMS yazırdı, zəng edirdi ki, o müsahibəni qəzetdə verməyim».

ƏVƏZ ZEYNALLI SMS-LƏRİN ONA AİDİYYATI OLMADIĞINI DEYİR

Daha sonra Gülər Əhmədova ilə Əvəz Zeynallı arasındakı SMS yazışmaları oxunub.
Əvəz Zeynallı deyib ki, Gülər Əhmədovanın SMS yazmasından şübhələndiyi üçün ona heç vaxt cavab yazmayıb.

Baş redaktor sabiq deputata verilən SMS cavablarının ona məxsus olmadığını bildirib. Proses hazırda davam edir.

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir./AzadliqRadiosu/