Gülər Əhmədovanın köməkçisi ifadə verdi

guler-ehmedovanin-komekcisi-ifade-verdi
Oxunma sayı: 631

Ə.Şahidov bildirib ki, dindirilmə məlum videoqalmaqalı ilə bağlı olub: “Həcc ziyarətindən qayıtdıqdan sonra məni prokurorluğa dəvət edərək dindirdilər. Dindirilmə məlum videogörüntülərlə bağlı oldu”.


O, keçmiş millət vəkili ilə münasibətlərinin davam etdiyini deyib: “Artıq Gülər Əhmədovanın köməkçisi deyiləm. Ancaq münasibətlərimiz davam edir, zəngləşirik, səhhəti ilə maraqlanıram”.


Ə.Şahidov “Mərkəz” qəzeti ilə əməkdaşlığının da tamamilə kəsilmədiyini vurğulayıb: “Redaksiyada əmək haqlarının verilməsində müəyyən gecikmələr ola bilər. Bildiyimə görə bundan başqa heç bir problem yoxdur. Amma çoxdandır ki, qəzetə köşə yazıları yazmıram”.