Gülər Əhmədovanın oğlunun məhkəməsi başlayır

guler-ehmedovanin-oglunun-mehkemesi-baslayir
Oxunma sayı: 2147

Sabiq deputat Gülər Əhmədovanın silahla tutulduğu bidirilən oğlu Toğrul Əhmədovun cinayət işi üzrə istintaq yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, cinayət işi materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş üzrə ilkin hazırlıq iclası martın 4-ü saat 12:30-a təyin edilib. Məhkəmə prosesi hakim Samir Məmmədovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Toğrul Əhmədov “BMW” markalı avtomobilinə baxış zamanı 1 ədəd “Glock-19” markalı tapança, T.Əhmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz odlu silah saxlama) maddəsi ilə ittiham olunur.