Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi - Foto

gules-uzre-azerbaycan-cempionatinin-qalibleri-mueyyenlesdi
Oxunma sayı: 1682

Dekabrın 6-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Azərbaycan Güləş Federasiyasından "Qafqazinfo"ya verilən məlumata görə, üçüncü yarış günündə sərbəst güləş üzrə 10 çəki dərəcəsində final görüşləri keçirilib.

Sərbəst güləşçilərdən Əfqan Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Ömərov (74 kq), Abubakr Abakarov (79 kq), Osman Nurməhəmmədov (86 kq), Şamil Zubairov (92 kq), Sənan Əlizadə (97 kq) və Roman Bəkirov (130 kq) qızıl medal qazanaraq Azərbaycan çempionu olublar.

Yunan-Roma güləşi üzrə isə İbrahim Nurullayev (55 kq), Sakit Quliyev (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Tuncay Vəzirzadə (77 kq), Elvin Mürsəliyev (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Oyan Nəzəriani (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.