Güləş üzrə Dünya Çempionatı başlayır

gules-uzre-dunya-cempionati-baslayir
Oxunma sayı: 1193


Azərbaycan Güləş Federasiyasından “Qafqazinfo”ya daxil olan məlumata görə, Yunan-Roma güləşi yığmamız böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında çempionatın ilk iki günündə mübarizə aparacaq. Heyətdə Zaur Nuriyev (42 kq), Seymur Hüseynov (46 kq), Kənan Cəfərov (50 kq), Orxan Ağamalıyev (54 kq), Murad Allahverdiyev (58 kq), Ülvi Qənizadə (63 kq), İslambek Dadov (69 kq), Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yer alıb. 

İyulun 17-18-də yeniyetmə qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Ülkər Babayeva (43 kq), Türkan Nəsirova (46 kq), Leyla Qurbanova (49 kq), Şəbnəm Əhmədova (52 kq), Ləman Qurbanova (56 kq) və Anita Kələntərova (70 kq) çempionata yollanacaq. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Qərib Əliyev iştirak edəcək.