Güləş üzrə yeniyetmələrin Avropa çempionatı keçiriləcək

gules-uzre-yeniyetmelerin-avropa-cempionati-kecirilecek
Oxunma sayı: 649

Sərbəst güləş yarışlarında Azərbaycanı komandanın böyük məşqçiləri Vahid Məmmədov və Siracuddin Eldarov, məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında Sadıq Sadıqov (42 kq), Ruslan Qasımov (46 kq), Məmmədhüseyn Həsənov (50 kq), Pərviz İbrahimov (54 kq), Elçin Məmmədov (58 kq), Hacımurad Ömərov (63 kq), Şamil Sadullayev (69 kq), Orxan Şərifov (76 kq), Pərviz Axundov (85 kq) və Ruslan Hacıyev (100 kq) təmsil edəcək.

Yeniyetmə qızların yarışında Sahilə Ələkbərova (38 kq), Türkan Nəsirova (40 kq), Anna Pavliv (43 kq), Şəfəq Muradzadə (49 kq), Solmaz Həşimzadə (52 kq), Alyona Kolesnik (56 kq), Raqneta Qurbanzadə (65 kq) və Darya Korin (70 kq) mübarizə aparacaq. Komandaya böyük məşqçi Həsrət Məmmədyarov, məşqçilər İsaməddin Hüseynov və Mətanət Süleymanova rəhbərlik edəcək.
Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız Avropa çempionatının son günlərində mübarizəyə qoşulacaq. Böyük məşqçilər Zöhrab Abbasov və Rasim Ağayev, məşqçi İslam Cəfərovun rəhbərliyi altında çempionatda Ramiz Məmmədov (42 kq), Əli Məmmədov (46 kq), Kərim Cəfərov (46 kq, ehtiyat), Elvin Əliyev (50 kq), Murad Bazarov (50 kq, ehtiyat), Murad Məmmədov (54 kq), Elman Muxtarov (58 kq), Emil Abdullayev (63 kq), Hacımurad Bağmanov (69 kq), Sərxan Cahangirli (76 kq), Türmən Eyyubov (85 kq) və Hacımurad Çöpsiyev (100 kq) iştirak edəcək.

Fatimə Kərimli