Güləşçilərimiz 3 medal qazandı - Yenilənib

gulescilerimiz-3-medal-qazandi
Oxunma sayı: 2978

Sərbəst güləşçilərimiz Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda uğurla çıxış ediblər.

“Qafqazinfo” Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançımız Turan Bayramov Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib.

Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medal qazanıb.

Qeyd edək ki, Turan Bayramov 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana qalib gəlib.

Qadınların mübarizəsində isə Türkan Nəsirova moldovalı Mariana Draqutana (Moldova) 12:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

***

65 kq çəki dərəcəsində yer alan Əli Rəhimzadə finalda qırğızıstanlı Ernazar Axmataliyevə qalib gəlib və bürünc medal qazanıb.

Həlledici görüşlər fevralın 28-də olacaq.