Güləşçilərimiz dünya çempionatında finala yüksəlib

gulescilerimiz-dunya-cempionatinda-finala-yukselib
Oxunma sayı: 1962

ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları start götürüb.

“Qafqazinfo” xəbər verir ki, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparır. ABŞ, Hindistan, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.

İlk yarış günündə yığmamız Kuba və Qazaxıstanla qarşılaşıb. Müvafiq olaraq 8:2 və 9:1 hesabı ilə qələbə qazanan güləşçilərimiz final yolunda son görüşü Monqolustana qarşı keçirib. 7:3 hesablı üstünlük qazanan yığma komandamız finala yüksəlib.

Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaq. Final görüşü Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq.