Güləşçilərimiz Henri Deqlan Qran-prisində 5 medal qazanıblar

gulescilerimiz-henri-deqlan-qran-prisinde-5-medal-qazaniblar
Oxunma sayı: 1039

Fransanın Nitsa şəhərində güləş üzrə Henri Deqlan Qran-Pri turniri davam edir.

"Qafqaznfo" xəbər verir ki, yavarın 16-da sərbəst güləşçilər mübarizə aparıblar.

Mübarizəyə 1/4 finaldan qoşulan güləşçimiz İslam Bazarqanov (57 kq) Rumıniya təmsilçidini ilk hissədə üstələyərək yarımfinala vəsiqə qazanıb. Pəhləvanımız Amerikalı güləşçi ilə gərgin keçən mübarizədə də güclü tərəf olaraq finala adlayıb. İ Bazarqanov finalda digər amerikalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Millimizin üzvü Turan Bayramov (65 kq) ilk görüşdə yerli idmançıya heç bir şans tanımayıb. Dörddəbir finalda Moldova güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada sonuncu xal prinsipinə əsasən gənc pəhləvanımız adını yarımfinala yazdırıb. Finalın bir addımlığında amerikalı dünya ikincisinə uduzan həmyerlimiz fransalı güləşçiyə növbəti dəfə qalib gələrək turniri üçüncü pillədə başa vurub.

Hacımurad Hacıyev (74 kq) ilk mərhələdə İsveçrəli rəqibi üzərində inamlı qələbə qazanıb. Daha sonra H.Hacıyev Moldova güləşçisini çox qısa vaxtda xalçadan məyus yola salaraq yarımfinala yüksəlib. Amerikalı rəqibinə uduzan təmsilçimiz daha sonra alman güləşçini çətinlik çəkmədən məğlub edərək bürünc medala sahib olub.

Millimizin üzvü Abubakr Abakarov (86 kq) debütdə Rusiya idmançısına yenilib. Təsəlliverici görüşdə polşalı rəqibini çətinliklə üstələyən A.Abakarov bürünc medal uğrunda mübarizədə İsveçrə nümayəndəsi üzərində də qələbə qazanıb.

Turnirdə 92 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün dairəvi sistemdən istifadə olunub. Osman Nurməhəmmədov ilk görüşdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. İkinci görüşdə isə Almaniya idmançısını vaxtından əvvəl məğlub edib. Polşalı güləşçiylə bacarmayan pəhləvanımız bunun əvəzini İsveçrə təmsilçisindən çıxıb. Yekunda qazandığı 3 qələbəyə görə, O.Nurməhəmmədova gümüş medala layiq görülüb.

Beləliklə, sərbəst güləşçilərimiz Qran-Pridə iki gümüş və üç bürünc medal əldə ediblər. Komanda hesabında 135 xal toplayan millimiz 3-cü yeri tutub.