Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək.
“Qafqazinfo” xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün lisenziya yarışında Azərbaycanı 16 güləşçi təmsil edəcək.
Yarışın proqramına əsasən martın 18-19-da sərbəst, 19-20-də qadın, 20-21-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Yarış sabah Bakı vaxtı ilə 14:00-da start götürəcək. Yarımfinallar isə 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Olimpiadaya lisenziya əldə edəcəklər.
Sərbəst güləş
57 kq
1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya)
65 kq
1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya)
74 kq
1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa)
86 kq
1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan)
125 kq
1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya)
Qadın güləşi
53 kq
1/8 final: Leyla Qurbanova - Timea Şeker (Macarıstan)
57 kq
1/8 final: Alyona Kolesnik - Evelina Nikolova (Bolqarıstan)
62 kq
1/4 final: Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) / Sara Da Kol (İtaliya)
68 kq
1/8 final: Elis Manolova - İlana Kratiş (İsrail)
76 kq
1/8 final: Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya)
Yunan-Roma güləşi
60 kq
1/8 final: Murad Məmmədov - Justas Petraviçyus (Litva)
67 kq
Təsnifat: İslambek Dadov - Mihay Mihut (Rumıniya)
77 kq
1/8 final: Sənan Süleymanov - Aleksandrin Qutu (Moldova)
87 kq
1/8 final: İslam Abbasov - Şimonoviç (Polşa) / Aleksandrov (Bolqarıstan)
97 kq
1/8 final: Murad Lokyayev - Laokratis Kesidis (Yunanıstan)
130 kq
1/8 final: Beka Kandelaki - Aleksandros Papadatos (Yunanıstan)
Son xəbərlər
Son Xəbərlər