Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürüb.
“Qafqazinfo” xəbər verir ki, ilk yarış günündə 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma güləşçiləri mübarizə aparır.
Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. İlk gündə yığmamızın 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışıb. Lakin Mahmud Məhəmmədov ilk görüşdə qalib gəlsə də, ikinci görüşdə uduzub.
Kamran Məmmədov isə elə ilk görüşdə məğlub olub.
57 kq (sərbəst)
1/8 final - Asadulla Laçinau (BLR) - Mahmud Məhəmmədov 6:8
1/4 final - Mahmud Məhəmmədov - Anatoli Buruian (MDA) 7:8
66 kq (yunan-Roma)
1/16 final - Kamran Məmmədov - Dominik Etlinger (CRO) 0:6
Son xəbərlər
Son Xəbərlər