Güləşçilərimiz Olimpiya çempionu oldu

gulescilerimiz-olimpiya-cempionu-oldu
Oxunma sayı: 831



63 kq çəki dərəcəsində təmsilçimiz Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz, heç bir rəqibinə xal vermədən finala yüksəlib. Finalda Teymur Venesuela idmançısına da heç bir şans verməyib və Olimpiya çempionu olub.
 
100 kq çəkidə İqbal Hacızadənin yarımqrupda rəqibləri isə, Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. Finalda İqbal Moldova güləşçisi üzərində inamlı qələbə qazanaraq Olimpiya çempionu olub. Xatırladaq ki, Nanjinqdə keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçilərimiz 1 qızıl və 2 gümüş medala sahib olub. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş medal qazanıb.