Güləşçilərimiz təsəlliverici görüşlərə qatılacaq

gulescilerimiz-teselliverici-goruslere-qatilacaq
Oxunma sayı: 3212

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün güləş yarışlarında uduzan Azərbaycan güləşçiləri Rafiq Hüseynov (77 kq) və Elis Manolova (68 kq) təsəlliverici görüşlərə qatılacaqlar.

“Qafqazinfo” xəbər verir ki, idmançılarımızın uduzduğu rəqibləri finala çıxdığından hər ikisi təsəlliverici görüşlərə qatılacaq.

Rafiq Hüseynovun rəqibi tunisli Lamjed Maafi olacaq.

Elis Manolova isə Meerim Jumanazarovaya (Qırğızıstan) qalib gəlməyə çalışacaq.

Qeyd edək ki, təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.