Güləşçilərimiz Tokio Olimpiadasına son hazırlıq prosesində - Fotolar

gulescilerimiz-tokio-olimpiadasina-son-hazirliq-prosesinde
Oxunma sayı: 1506

Avqustun 1-dən 7-dək Tokio Olimpiadasında güləş yarışları keçiriləcək. Ölkəmizi Olimpiya Oyunlarında təmsil edəcək hər 3 güləş növü üzrə millilərimiz son hazırlıq mərhələsinə keçiblər.

"Qafqazinfo" Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq, Bakıya qayıdan yığmalarımız Tokioya səfər ərəfəsində son 1 həftəlik hazırlıq prosesini paytaxtda keçəcəklər.

Artıq Olimpiya Güləş Mərkəzində son hazırlıq mərhələsinə start verilib. Bu məşqlər əsasən taktiki-texniki çalışmalar üzərində qurulacaq. Olimpiyaçılarımız ölkə xaricindən dəvət olunmuş sınaqçı-rəqiblərlə birgə hazırlıq prosesini davam etdirəcəklər.

Qeyd edək ki, komandalarımız Tokioya iyulun 27-də yollanacaq.