Güləşçilərimizdən 3 qızıl medal

gulescilerimizden-3-qizil-medal
Oxunma sayı: 2572

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığması çempionatda 3 qızıl medal qazanıb. .

Belqradda üç qızıl və üç bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub. Ölkəmiz Rusiya və Ukraynadan geri qalıb.

Xatırladaq ki, yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq), Ülvü Qənizadə (72 kq) bürünc, sərbəst güləşdə isə Əliabbas Rzazadəylə (57 kq) Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə bürünc medalı boynundan asıblar.