Güləşçilərimizdən daha bir medal - Bu dəfə Məhəmmədovdan

Güləşçilərimizdən daha bir medal
Oxunma sayı: 2019

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Camaləddin Məhəmmədov bürünc medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 125 kq çəki dərəcəsində yarışan güləşçimiz rumıniyalı Rares Çintoana 12:2 hesabı ilə qalib gəlib.

Bu, sərbəst güləş yığmamızın 3-cü medalı olub. Bununla da, Azərbaycanın II Avropa Oyunlarında medallarının ümumi sayı 14-ə çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi