Güləşçimiz Avropa Çempionatında qızıl medal qazandı

gulescimiz-avropa-cempionatinda-qizil-medal-qazandi
Oxunma sayı: 1710

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Güləş Federasiyası məlumat yayıb.

86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Fransa idmançısı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib.

74 kq çəkidə yarışan Ağanəzər Novruzov isə finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib. Daha bir gümüş medalı isə Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.