"Qafqazinfo" xəbər verir ki, azərbaycanlı idmançı, 58 kq çәki dәrәcәsindә mübarizə aparan İrina Netreba italiyalı Karlo Ranyero ilә gülәşib. O, rəqibinə 8-4 hesabı ilə qalib gəlib. O, 1/8 final mәrhәlәsindә bolqarıstanlı Mimi Xristova ilә görüşüb və görüşdə 6-4 hesabı ilə qələbə qazanaraq yarımfinala çıxıb.
***
53 kq çәki dәrәcәsindә güləşçimiz Doroqan Anjela türkiyәli Merve Kengerlə görüşdə qələbə qazanıb.
***
75 kq çәki dәrәcәsindә mübarizә aparan vә millimizin liderlәrindәn olan Gözәl Zutkova ukraynalı Oksana Vaşçukla qarşılaşır. O, 2-4 hesabı ilə uduzdu.
***
63 kq çәki dәrәcәsindә Elmira Qәmbәrova Henna Yohannsenlә görüşdə 4-0 hesabı ilə məğlub olub.
***
Anjela Doroqan növbəti mərhələdə macarıstanlı Denes Mersedeslə güləşir. Anjela Doroqan da yarımfinala təmiz qələbə ilə çıxıb.
***
58 kq çəki dərəcəsində İrina Netreba yarımfinalda macarstanlı Emese Barak ilə qarşılaşır. Netreba isə yarımfinalda mübarizəni dayandırdı.
***
53 kq çəki dərəcəsində Anjela Doroqan yarımfinalda moldovalı Budu Natalia ilə qarşılaşır. Anjela Doroqan moldovalı rəqibini məğlub edərək finala adlayır. Anjela Doroqanın finalda rəqibi polşalı Zasina Roksana olacaq.
***
58 kq çəki dərəcəsində İrina Netreba norveçli Bullen Qreyslə qarşılaşacaq. O, bürünc medal uğrunda döyüşür.
***
Netreba rəqibinə 0:4 hesabı ilə uduzur.
Elsevər
Son xəbərlər
Son Xəbərlər