Güləşçimiz bürünc üçün erməni ilə qarşılaşacaq

gulescimiz-burunc-ucun-ermeni-ile-qarsilasacaq
Oxunma sayı: 2578

Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal uğrunda yarışacaq.

“Qafqazinfo” xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidisə qalib gəlib.

Güləşçimiz dörddəbir finalda Akjol Mahmudova (Qırğızıstan) uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz avqustun 3-də təsəlliverici görüşdə iştirak edib.

Güləşçimiz Tunis idmançısı Lamjed Maafini məğlub edib. Üçüncü yer uğrunda görüşdə R.Hüseynov erməni güləşçi Karapet Çalyan ilə qarşılşacaq.