Güləşçimiz dünya çempionu oldu

gulescimiz-dunya-cempionu-oldu
Oxunma sayı: 2011

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

"Qafqazinfo"nun məlumatına görə, mundialın ilk medal günündə Azərbaycan millisinin üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Komandamızın heyətində Cəbrayıl Hacıyev (65 kq) çempion tituluna yiyələnib. O, həlledici qarşılaşmada Avropa Gənclər Yay Olimpiya Festivalının finalında məğlub etdiyi rusiyalı Batirbek Tşxovrebovla üz-üzə gəlib və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geriyə düşən yığman üzvü əzmkar qələbə qazanaraq (6:4) dünya çempionatının qızıl medalına sahib olub.