Güləşçimiz dünya çempionu oldu

gulescimiz-dunya-cempionu-oldu
Oxunma sayı: 4499

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.

Yarışda 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Yusif Dursunov qazaxıstanlı Yedige Kassimbekə 4:2 hesabıyla qalib gələrək dünya çempionu olub.