Güləşçimiz erməni rəqibini məğlub etdi

gulescimiz-ermeni-reqibini-meglub-etdi
Oxunma sayı: 1712

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

"Qafqazinfo" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nihat Məmmədli ilk görüşdə erməni rəqibinə gücünü göstərib.

Həsrət Cəfərov 1/8 finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. Xasay Həsənli Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Murad Əhmədiyev debütdə Gürcüstan güləşçisinə məğlub olub.