Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

gulescimiz-ermeniye-qalib-gelib-finala-yukseldi
Oxunma sayı: 1356

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-pri turnirində finala yüksəlib. 

"Qafqazinfo" xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Ermənistan təmsilçisi Maksim Manukyanı məğlubiyyətə uğradıb. Hüseynov rəqibinə tam üstünlüklə - 9:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, final görüşü sabah keçiriləcək.