Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

gulescimiz-ermeniye-qalib-gelib-finala-yukseldi
Oxunma sayı: 1645

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının finalına yüksəlib. 

"Qafqazinfo" xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi yarımfinalda ermənistanlı Karapet Çalyanı qalib gəlməklə, finala adlayıb.

O, rəqibini 3:0 hesabı ilə məğlub edib. Süleymanov final qarşılaşmasına fevralın 11-də çıxacaq.