Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

gulescimiz-ermeniye-qalib-gelib-finala-yukseldi
Oxunma sayı: 1666

Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda ermənistanlı Yurik Mxitaryana 8:0 hesabı ilə qalib gəlib.

51 kq-da çıxış edən Əli Seyidəlili isə yarımfinalda macarıstanlı Peter Totoka uduzub - 0:5. O, sabah bürünc medal görüşünə çıxacaq.