Güləşçimiz finalda - Avropa Oyunları

Güləşçimiz finalda
Oxunma sayı: 1344

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov finala vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda rusiyalı Zaur Uquyevi 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Əmiraslanov sabah keçiriləcək finalda serbiyalı Stevan Miçiçlə üz-üzə gələcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi