Güləşçimiz ilk Dünya Çimərlik Oyunlarında gümüş medal qazandı

gulescimiz-ilk-dunya-cimerlik-oyunlarinda-gumus-medal-qazandi
Oxunma sayı: 850

Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində güləş üzrə yarışlara start verilib.

"Qafqazinfo" xəbər verir ki, təmsilçimiz Kənan Əliyev (90 kq) qrupda gürcü Dato Marsaqişvili (0:3), portuqaliyalı Rafael Da Silva (0:3) və pakistanlı Məhəmməd İnama (1:3) məğlub olaraq mübarizəni dayandırıb. Güləşçimizin təsəllisi türk Murat Özkan (3:0) üzərində qazandığı qələbə olub.

Ancaq Pənah İlyaslı (70 kq) startda gürcü Levan Kelexsaşviliyə (0:1) uduzsa da, braziliyalı Viktor Dos Santos (4:1), ukraynalı Semyon Radulov (1:0) və qətərli Abdulrəhman İbrahimə (3:0) qalib gələrək yarımfinala yüksəlib. Rumıniyalı Stefan Yonut Komanı da 3:0 hesabı ilə üstələyən həmyerlimiz adını finala yazdırıb. Güləşçimiz finalda yenidən L.Kelexsaşviliylə qarşılaşıb. Bu dəfə də rəqibinə eyni hesabla uduzan güləşçimiz gümüş medala sahib çıxıb.

Oktyabrın 15-də İbrahim Yusubov (80 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) qüvvələrini sınayacaqlar.