Güləşçimiz tatamiyə çıxmadı, Hacı Əliyev uduzdu

gulescimiz-tatamiye-cixmadi-haci-eliyev-uduzdu
Oxunma sayı: 4750

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində final görüşünə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, 65 kq-dakı idmançımız finalda Ermənistan təmsilçisi Vazgen Tevanyana məğlub olaraq gümüş medalla kifayətlənib.

74 kq-da mübarizə aparan Hacımurad Hacıyev tatamiyə çıxmaqdan imtina etdiyi üçün 2-ci yerlə kifayətlənib. Onun hansı səbəbdən güləşmək istəmədiyi bilinmir.

Əliyev və Hacıyev  Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.