Güləşçimiz yarımfinalda

gulescimiz-yarimfinalda
Oxunma sayı: 1349

Azərbaycanın iki yunan-Roma güləşçisinin "Minsk-2019" II Avropa Oyunlarında 1/4 final mərhələsində görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, İslam Abbasov (87 kq) macarıstanlı Viktor Lorinczə qalib gələrək (3:0) yarımfinala yüksəlib. O, yarımfinal mərhələsində xorvatiyalı İvan Hukleklə güləşəcək.

Görüş Bakı vaxtı ilə saat 19:00-da olacaq.

Orxan Nuriyev (97 kq) isə Avstriya təmsilçisi Daniel Qastla uduzub - 2:7.