Güləşçimiz zədələndiyi üçün final görüşünə çıxmadı

gulescimiz-zedelendiyi-ucun-final-gorusune-cixmadi
Oxunma sayı: 1635

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə start götürən reytinq turnirində gümüş medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı topuğundan zədə aldığı üçün ABŞ-dan olan olimpiya və dünya çempionu Kayl Snayderlə final qarşılaşmasında iştirak etməyib.

Qeyd edək ki, həftəsonu yunan-Roma güləşçiləri turnirdə iştirak edəcək.