Güləşçimizin rəqibi müəyyənləşdi

gulescimizin-reqibi-mueyyenlesdi
Oxunma sayı: 2510

Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun ilk rəqibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində  Vasil Mixaylovla (Ukrayna) qarşılaşacaq.

Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər avqustun 5-də keçiriləcək.