“Qafqazinfo” xəbər verir ki, o, hadisəylə bağlı fikirlərini bildirib: “Bir anda avtobusun şüşəsi qırıldı. Silahla hücum olduğu ağlıma da gəlməzdi. Ağzımdan qan gəlməyə başladı. Elə bildim ki, boğulacağam. Soyuqqanlı şəkildə avtobusu kənara çəkdim. Həmin vaxt qan itirirdim. Avtobusdan endikdən sonra qan daha çox axmağa başladı. Polis maşınına mindim və o andan sonra huşumu itirmişdim”.
Olayı dəyərləndirən Kıran Türkiyənin bir dövlət olduğunu, insanların belə şeylər etməməli olduqlarını bildirib: “Biz Karadəniz, Şimal, Cənub, Şərq, Qərb deyə dövlətimizi ayırmamalıyıq. Hamımız birik. Rizə də bizimdir, Trabzon da. Sadəcə aramızdan pis insanlar çıxır. Məni vuranı Allaha tapşırıram. İnanıram ki, o həbs olunacaq."
Son xəbərlər
Son Xəbərlər