Güllələnən prezident kürəkəni ilə bağlı - Administrasiyadan açıqlama

gullelenen-prezident-kurekeni-ile-bagli
Oxunma sayı: 2972

Ötən gün Tiflisin mərkəzində odlu silahla açılmış atəşlə güllələnən Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçurinin vəziyyəti stabildir.

Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, ilkin məlumata görə, Qoqoçuri ayağından vurulub, dərhal çatdırıldığı xəstəxanada əməliyyat olunub. Həkimlər hazırda həyati təhlükəsinin olmadığını bildirirlər.

Baş verən faktla bağlı Gürcüstan DİN-i iki maddə ilə cinayət işi açıb.

Gürcüstan prezident administrasiyası dövlət başçısının kürəkəninə qarşı olan hücumu şərh edib. Prezidentin mətbuat katibi Eka Mişveladze baş verənlərin effektiv araşdırılacağına ümid etdiyini deyib. 

Qeyd edək ki, Mindiya Qoqoçuri ölkənin birinci xanımı Maki Çiçuanın ilk evliliyindən olan qızı Anna ilə evlidir.