“Güllələnmiş heykəllər” də ziyarət olundu - Fotolar

gullelenmis-heykeller-de-ziyaret-olundu
Oxunma sayı: 2372

Şuşaya səfər edən Qafqaz Müsəlmanları İdarəsinin və Bakıdakı dini konfessiyaların rəhbərliyi Şuşa Xüsusi Nümayəndəliyinin binası önündə "Güllələnmiş heykəllər"i ziyarət ediblər. 

"Qafqazinfo" xəbər verir ki, burada Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Şeyx Allahşükür Paşazadəyə və konfessiya rəhbərlərinə məlumat verib ki, Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın və Bülbülün Şuşada yerləşən heykəlləri erməni işğalı zamanı dağıdılıb və güllələnib. Ermənilər həmin heykəlləri Gürcüstanda satarkən mərhum Prezident Heydər Əliyevin tapşırığı ilə heykəllər alınaraq Bakıya gətirilib. 

Şuşa işğaldan azad edildikdən sonra heykəllər öz doğma yurduna qaytarılıb. 

Qeyd edilib ki, meydanda yerləşən bina Sovet dövründə Şuşa İcraiyyə Komitəsinin binası olub. İşğal dövründə ermənilər onu bələdiyyə binası kimi istifadə edib. İndi isə Prezident İlham Əliyevin tapşırığı ilə həmin binanın təmir-bərpa layihəsi hazırlanıb və təmir edildikdən sonra Prezidentin xüsusi nümayəndəsinin inzibati binası olacaq. 

Murad Əhməd

Fotolar: Pərvin Zeynal