“Gülməli, sevinməli deyiləm ki...” - Seqoviya

gulmeli-sevinmeli-deyilem-ki
Oxunma sayı: 762

“Neftçi”nin ispaniyalı futbolçusu Daniel Seqoviya Azərbaycan kubokunda "Qarabağ"la yarımfinal mərhələsinin qolsuz bərabərliklə nəticələnən cavab matçından sonra müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, hücumçu mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

- İlk matçdakı 0:2 hesablı məğlubiyyətin əvəzini niyə çıxa bilmədiniz?

- Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Topu özümüzdə saxlamağa, rəqibi topsuz qoymağa və kəsərli əks-hücumlar qurmağa çalışırdıq. Ancaq nə qədər cəhd etsək də, real qol imkanı yarada bilmədik. Yalnız Georgi Navalovskinin uzaqdan zərbəsindən sonra qapıçıdan qaytardığı topu tora göndərə bilmədiyim epizodu göstərə bilərəm.

- Həmin epizodda qol vursaydınız, vəziyyət xeyrinizə dəyişə bilərdimi?

- İndi bu haqda danışmaq yersizdi, düşünmək mənasızdı. Bunu düçünənədk ilk matçda qalib gəlməli və cavab matçına rahat çıxmalı olduğumuzu söyləmək daha düzdün olardı. Bunu edə bilmədiyimizdən, kuboku əlimizlə rəqibə təhvil verdik.

- “Neftçi”yə cavab matçında qələbə lazım olduğundan, ilk dəqiqələrdən hücum edəcəyi gözlənilsə də, müdafiəyə daha çox diqqət yetirirdiniz. Demək olarmı ki, təkrar oyuna ümidsiz çıxmışdınız?


- Belə deməzdim. Sadəcə, oyuna taktikanı baş məşqçi seçir. O, necə dedisə, elə də oynadıq. Rəqib rahat oynamağımız aimkan vermədi. Qarşılaşmaya 8 hücumçu ilə çıxsaydıq belə, bu, mütləq qalib gələcəyimizə zəmanət vermirdi. 

- Çox əsəbiniz, emosional danışırsınız. Səbəb nədi?

- Uduzmuşuq, gülməli, sevinməli deyiləm ki... Məşqlərdə çalışdığım kimi, oyunlarda da ən yaxşısını etmək üçün mübarizə aparıram. Ancaq sanki “qara zolağ”a düşmüşük. Son 3 qarşılaşmada qalib gələ bilmirik. Mövsümün sonunadək 4 matçımız qalıb və həmin oyunlarda yüzfaizlik nəticə əldə etməliyik.

- Bu 4 turda nəyə nail olacağınızı düşünürsünüz?

- Futbolda proqnoz vermək çətindi. Amma biz “Neftçi”yik və meydana hər zaman qələbə üçün çıxırıq. Son 4 turda da belə olacaq. Komandaların qarşısına hər bir yarışdan sonra konkret vəzifə qoyulur. “Real”, “Barselona”, "Atletiko" kimi klublara mövsümü maksimum titul qazanmaq tapşırığı verilsə də, sonra görürsən ki, məsələn, “Real” kimi nəhəng heç bir kubok əldə etməyib. Futbolda belə hallar da müşahidə olunur. Ancaq bu, o demək deyil ki, komanda yaxşı hazırlaşmayıb, meydana qələbə üçün çıxmayıb. Biz də toparlanaraq qarşıdakı 4 matçda maksimum xal qazanmaq üçün çalışacağıq.