“Qafqazinfo” Gecce.az-a istinadən xəbər verir ki, “ATV Xəbər”in aparıcısı Gülnar Muxtarqızının bu gün toyudur.
Meridian restoranında baş tutan toyda ATV nin bütün tanınmış simaları iştirak edir.
İş adamı olan Elşən bəylə ailə quran Gülnarı təbrik etmək üçün nəinki, sənət yoldaşıları, o cümlədən, bütün şou əhli də canla-başla iştirak edirlər. Toyun aparıcılıq missiyası isə gənc müğənni Elvin Abdullayevə tapşırılıb.
Qeyd edək ki, məclisdə Samirə Mustafayeva, Mətanət Əliverdiyeva, Elnurə Fərhadqızı, Nurlana, Lalə Azərtaş və digərləri iştirak edir.