Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimova və “Uzdunrobita” şirkətinin keçmiş baş direktoru Behzad Ahmedov ABŞ-da çirkli pullar yumaq və 865 milyon dollar həcmində külli-miqdarda rüşvət almaqda ittiham olunurlar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nyu-York prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilir ki, eks-prezidentin qızına qarşı cinayət işi açılıb.
Prokurorluq qeyd edir ki, baş verən bu hadisə xarici korrupsiya praktikası ilə bağlı qanun tarixində baş verən ən böyük rüşvət halıdır.
Son xəbərlər
Son Xəbərlər