“Gülru” “Leonardo da Vinçinin Atı” mükafatı üçün...

gulru-leonardo-da-vincinin-ati-mukafati-ucun
Oxunma sayı: 3370


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mayın 7-dən 17-dək  reallaşacaq festivalda film “Ən yaxşı aktrisa”, “Ən yaxşı rejissor”, “Ən yaxşı musiqi”, “Ən yaxşı ikinci dərəcəli aktyor” və “Ən yaxşı ssenari” nominasiyası üzrə mübarizə aparacaq. Daha öncə  21-ci Adana Qızıl Koza Film Festivalında “Ən yaxşı aktrisa” mükafatını qazanan  Damla Sönməz bu dəfə Charlize Theron, Renee Zellweger, Kirsten Stewart kimi dünyaca məşhur adların qazandığı “Leonardo da Vinçinin Atı” mükafatı üçün yarışacaq. 

Qeyd edək ki, festivalın mükafat mərasimi mayın 10-da keçiriləcək. 

Könül