Gülşən tənqidlərə belə cavab verdi

gulsen-tenqidlere-bele-cavab-verdi
Oxunma sayı: 3979

Türkiyəli müğənni Gülşən konsertlərində açıq-saçıq geyindiyinə görə tənqid olunmasına cavab verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb.

“Bəli, mən bir ana-atanın qızı, bəli, bir kişinin həyat yoldaşı və bir uşağın anasıyam. Atasının qızı, bir kişinin həyat yoldaşı, bir uşağın anası olmaqdan savayı, mən ağlı və düşünmə bacarığı olan azad iradəyə sahib bir insanam. Bu statuslardan daha çoxuyam. Heç bir statusun köləsi deyiləm. Kiməsə aid deyiləm. Mən özüməm. Özümə aidəm”, - deyə o, paylaşımında qeyd edib.

İzləyicilərinin bir qismi Gülşənə haqq qazandırsa da, digər qismi onu tənqid edib, bütün bunları gündəmdə qalması üçün etdiyini yazıb.

Daha əvvəl Gülşənin musiqiçi həyat yoldaşı Ozan Çolakoğlu da xanımının açıq-saçıq geyinməsinə münasibət bildirmişdi: “Gülşənin geyimlərinə qarışmağım mümkün deyil. O, özünə nəyi yaraşdırırsa, geyinə bilər. İşini görür”.

Həmçinin oxuyun: Tənqidlərdən sonra daha da açıq geyindi - Fotolar