“Gülüstan”da bayram balı- - Fotolar

gulustanda-bayram-bali-
Oxunma sayı: 1286


Gənclər balına rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələrini, çoxsaylı qonaqlar dəvət olunublar. 

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Səbail rayon əhalisinin təqribən 26,6 faizini gənclərin təşkil etdiyini bildirib.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Səbail rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub. 

Səbailli gəncləri təbrik edənlər arasında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Təhsil Nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, “İçərişəhər” DTMQ idarəsinin rəisi Samir Nuriyev, tanınmış dizayner Fəxriyyə Xələfova, Milli Məclisin üzvləri Fuad Muradov, Aydın Mirzəzadə, Rəbiyyət Aslanova, Azər Badamov, Əliağa Hüseynov, xalq rəssamı Arif Hüseynov, Azərbaycan Dövlət İqtisad Universitetin rektoru Ədalət Muradov, Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirov və digər rəsmilər var olub.