Gün ərzində 59 cinayət qeydə alınıb

gun-erzinde-59-cinayet-qeyde-alinib
Oxunma sayı: 840


“Qafqazinfo” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən ötən günün kriminal xronikasını təqdim edir:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib;

4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb;

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib;

Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.