Topaz Premyer Liqasının 329-cu turu çərçivəsində “Qarabağ” evdə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini jurnalistlərə bildirib:
“İlk olaraq, şəhidlərimizə baş sağlığı verirəm. Futbol ikinci plandadı. Belə hesabdan sonra nədənsə danışmağın mənası yoxdu. Rəqibə bütün amillərdə məğlub olduq. Cari mövsümdə ən zəif oyunumuz oldu. Günahkar mənəm. Rəqib bizə dərs keçdi. Heyətdə futbolçuların sayı elə də çox deyil. Çalışıb futbolçuların daxili qüvvələrinin hesabına nəticə qazanmağa çalışacağıq. Həyat davam edir, irəli baxmaq lazımdı”.
- Bu oyunda sizin müdafiəçilərinizin uduzduğunu düşünmək olarmı?
- Biz 29 oyundu ki, eyni müdafiəçilərlə oynayırıq. Onlar da robot deyil. Sona kimi oyunçularımın arxasındayam. Səhvlərimizi bilirəm.
- Komandanın psixoloji problemi nədir? Komanda daxilində nə isə problem var?
- İnsan yorulanda psixoloji cəhətdən də səhv edir. Yorğunluq psixologiyanın pozulmasına gətirir.
- Baş məşçinin əsas vəzifəsi həm də komandanı yaxşı vəziyyətə gətirməkdir. Bundan sonra nə edəcəksiniz?
- Xarakter bu yerdə lazımdır. Hansısa bir yollar axtaracağıq. Qazandığımız nəticələri son turda itirmək haqsızlıq olardı.
Son xəbərlər
Son Xəbərlər