“Qafqazinfo” xəbər verir ki, Premyer Liqada 57 xalla 7-ci sırada olan “Mançester Yunayted” uğursuz mövsümün təqsirkarı kimi Moyesi baş məşqçi postundan azad edib. Bu mövsümün əvvəlində Ser Aleks Fergusonun yerinə keçən Moyes “Mançester”ə tarixinin ən gözlənilməz məğlubiyyətlərini yaşadıb. 50 yaşlı məşqçini mövsüm sonuna kimi komandanın təcrübəli futbolçularından olan Rayn Giks əvəzləyəcək. Lakin ingilis mediyası yeni mövsümdən etibarən Lui Van Qalın baş məşqçi olacağını iddia edir.
İqbal
Son xəbərlər
Son Xəbərlər