“Günahkar Reynaldo deyil” - “Qarabağ”dan açıqlama

gunahkar-reynaldo-deyil
Oxunma sayı: 1853

Xəbər verdiyimiz kimi “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Dos Santos ölkəsində istirahət zamanı qəza törədib.

Qafqazinfo” xəbər verir ki, “Chevrolet Camaro” markalı avtomobili ilə motosikletlə toqquşan “sambaçı”nın durumu yaxşıdır.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, qəza zamanı günah Reynaldoda olmayıb və o, içkili halda avtomobil idarə etməyib: “Hadisə zamanı motosiklet sürücüsü xəsarət alıb. İlkin araşdırmalar zamanı (polisin mövqeyi) baş verən qəzada səbəbkarın motosiklet sürücüsü olduğu aşkarlanıb. Reynaldo içkili olmayıb, polis tərəfindən də bu təsdiqlənib. İlkin tibbi yardımı da məhz futbolçumuz edib. Reynaldonun günahı olmadığından sərbəstdi və hazırda evindədi. Məsələ ilə bağlı daha geniş bilgini ictimayyətə bildirəcəyik”.