“Günahsızam...” - Rəşad Məmmədov

gunahsizam
Oxunma sayı: 2783

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo "nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə ilkin baxış iclası keçirilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərdən Rəşad Məmmədovla İsfəndiyar İsfəndiyarov günahsız olduqlarını deyiblər və elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Arzu Məmmədov günahını etiraf edərək özünü təqsirli bildiyini deyib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər.

Onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Murad Əhməd