“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox tanınmış simanın qatıldığı qala gecəsində Karel-Musayeva cütlüyü arasındakı gərginlik diqqət çəkib. Karellə eyni fotoda yer almaq istəməyən Musayevanı film heyəti son anda razı salıb.
“Ayrılık müddətindən uşağınız necə təsirlənir?” sualına “Təbii ki, təsirlənir. Mən onu ən yaxşı şəkildə yetişdirəcəm. Tolqanın uşağıma yalnız ata qayğısı göstərməsini istəyirəm”-, deyə cavab verən Musayevanın gözləri dolub.
Bir daha bir araya gəlməyəcəklərini sözlərinə əlavə edən modelin göz yaşlarını əli ilə sildiyi görülüb.
Qeyd edək ki, ötən həftə Tolqa Karel Günay Musayevanın mühafizəçisi tərəfindən silahla hədələndiyini iddia edib.
Könül
Son xəbərlər
Son Xəbərlər