“Günay Bank” cari ilin 3-cü rübünü uğurla başa vurub

gunay-bank-cari-ilin-3-cu-rubunu-ugurla-basa-vurub
Oxunma sayı: 861

“Günay Bank” ASC-nin açıqladığı son hesabatdan məlum olur ki, Bank 2021-ci ilin 3-rübündə öz müsbət tendensiyasını davam etdirib.

"Qafqazinfo" xəbər verir ki, 9 ayın yekununa görə Bank ümumikdə 398760 manat məbləğində mənfəət əldə edib.

İlin əvvəlinə nisbətən Bankın aktivləri 11345.37 min manat artaraq, 256388.29 min manata çatıb.

Ümumi kredit portfeli isə ilin əvvəlinə nisbətən 9883.43 min manat artmaqla, ümumilikdə 202984.06 min manat təşkil edib.

Bankın məcmu kapitalı isə ilin əvvəlinə nisbətən 463.9 min manat artaraq, 65311.01 min manata yüksəlib.

Bu isə Bankın bankın stabil və düzənli inkişafının göstəricisidir.